Rusiya katoliklərdən daha çox İslama yaxındır
16 Dekabr 2010 Cümə Axşamı 15:15
Rusiyanın baş naziri Moskvada baş verən iğtişaşlara münasibət bildirib
“Rusiyadakı bütün adamlar anlamalıdırlar ki, biz eyni ölkənin vətəndaşlarıyıq və buna uyğun davranmalıyıq ki, qafqazlılar Moskva küçələrinə çıxan zaman, ruslar isə Qafqazda yaşayarkən qorxmasınlar...". Rusiyanın baş naziri Vladimir Putin "Rossiya" telekanalında "Vladimir Putinlə söhbət” adlı xüsusi verilişdə rusların Şimali Qafqazda, Qafqaz respublikalarından gələnlərin isə Rusiyanın Avropa hissəsində yaşayış problemləri ilə bağlı suala cavabında bildirib.

"Rusiya əvvəlcədən çoxmillətli və çoxkonfessiyalı olub... Bizim ölkə şərq xristianlığı, provoslavdır. Bəzi nəzəriyyəçilər deyirlər ki, Rusiya bir çox şeylərdə katoliklərdən daha çox İslama yaxındır. Mən bu fikrin nə qədər ədalətli olduğunu qiymətləndirmək istəmirəm, amma yüzillər ərzində bizdə müəyyən qarşılıqlı mədəniyyət formalaşıb", deyə Putin əlavə edib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar