Rusiya istehsalı olan sualtı qayıq qezaya uğradı
15 Avqust 2013 Cümə Axşamı 13:03
Hadise neticesinde 18 nefer ölüb.
Hindistanda Mumbay sularında hərbi sualtı qayıq qəzaya uğrayıb. Rusiya istehsalı olan sualtı gəminin Torpeda şöbəsində baş verən yanğın ardıcıl 2 partlayışa səbəb olub və gəmi batıb. 18 nəfər ölüb.
Mumbayda qayıq zəmanətli texniki qulluq göstərən rusiyalı mütəxəssislərin qəza anında gəmidən uzaqda oteldə qaldıqları və sağ-salamat olduqları bildirilir.
Partlayışdan 12 saat sonra xilasetmə əməliyyatında cəlb olunan dalğıclar, dağılmış sualtı qayığa daxil olsa da, sağ qalanları aşkar etməyib. Bütün ekipajın 18 üzvünün qəzadan sonra həlak olduğu bildirilir. Xilasedicilər yaxın zamanda ölən dənizçiləri suyun səthinə çıxarmağı planlaşdırır. Hələlik sualtı gəminin Torpeda şöbəsində yanğının hansı səbəbdən yarandığı məlum deyil. Ölkənin müdafiə naziri baş verən hadisənin sarsıdıcı faciə olduğunu söyləyib. Mətbuat konfransına qatılan Hərbi Dəniz Qüvvələri komandanı Admiral Coşi qəzada həlak olmuş 3 zabitdən 2-in, sıravi heyət üzvlərindən isə 6-ın evli olduğunu mətbuat üzvlərinin diqqətinə çatdırıb. Dalğıcların apardığı axtarışlar barədə mətbuatı məlumatlandıran admiral, yanğına səbəb kimi təxribatı istisna etmədiklərini habelə hələlik buna dair hansısa əlamət olmadığını vurğulayıb.
Qəzaya uğrayan gəmi 1997-ci ildə Hindistan Hərbi Dəniz Qüvvələrinin sifarişi ilə Sankt-Peterburqun gəmiqayırma zavodunda istehsal olunub. Severodvinsk də submarinanın texniki baxışdan, müasirləşdirilməsindən sonra gəmiyə 2 müasir raket kompleksi, hidroakustik “Uşus” kompleksi, Porpoys radiolakasiya stansiyası quraşdırılıb.
DOSTLARINLA PAYLAŞ: