Rusiya-İsrail arasında anlaşılmazlıq
12 May 2010 Çərşənbə 18:40
Ruslar İsrail pilotlarından viza istəyib.
Ötən gün Rusiyanın Sankt-Peterburq şəhərində İsrail təyyarəsinin uçuşuna icazə verilməməsi iki ölkə arasında gərginlik yaranmasına səbəb olub. Plukovo hava limanından ötən gecə havaya qalxmalı olan İsrail sərnişin təyyarəsinin heyət üzvlərində əmək vizası olmadığına görə hava limanı əməkdaşları uçuşa icazə verməyiblər. Təyyarə 10 saat sonra İsrail tərəfinin “cavab tədbirlərindən” sonra hava limanını tərk etmək üçün icazə alıb. Belə ki, Ben-Quriona hava limanında Rusiyanın “Transaero” şirkətinə məxsus təyyarənin uçuşu 7,5 saat ləngidilib.
Hər iki halda anlaşılmazlığın cəzasını adi sərnişinlər çəkməli olublar. Moskvaya uçmalı olan İsrailin “Arkia” şirkətinə məxsus təyyarədə Eylatdan qayıdan 260 nəfər rus turist olub. Hər iki ölkənin səfirlikləri məsələyə müdaxilə etdikdən sonra uçuşlara icazə verilib.
Qeyd edək ki, Rusiya və İsrail arasında artıq bir il yarımdır ki viza rejiminin ləğv olunması barədə razılaşma qüvvəyə minib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: