Rusiya: "İranda keçirilən seçki ölkənin daxili işidir"
16 İyun 2009 Çərşənbə Axşamı 11:15
Rəsmi Moskva Mahmud Əhmədinejatın prezident seçiləndən sonra ilk səfərini Rusiyaya etməsini simvolik hesab edir

 

Rusiya Xarici İşlər Nazirliyi ötən həftə İranda keçirilən prezident seçkisinin ölkənin daxili işi olduğunu hesab edir. Bunu nazir müavini Serjey Ryabkov bildirib. Onun sözlərinə görə, Mahmud Əhmədinejatın  seçkidən sonra ilk səfərini Rusiyaya etməsi simvolik xarakter daşıyır. "Biz İranda seçkinin baş tutmasını və yeni prezident Mahmud Əhmədinejatı alqışlayırıq", deyə S. Ryabkov qeyd edib./ANS PRESS/  

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar