Rusiya İrana qarşı sanksiyaları pislədi
22 Noyabr 2011 Çərşənbə Axşamı 18:34
Sergey Lavrov bu tədbirləri "qəbuledilməz" adlandırıb.
Rusiya İrana qarş yeni sanksiyaları "qəbuledilməz" adlandırıb və bu tədbirlərin Tehranla danışıqlar təşəbbüsünə ziyan vuracağını deyib. «Rusiya bu cür ekstra-territorial tədbirləri qəbuledilməz və beynəlxalq hüquqa zidd hesab edir. Bu cür təcrübə ciddi şəkildə Tehranla tutarlı dialoqa doğru irəliləyiş əldə etməyə mane olur. Bəzi müttəfiqlərimizin hətta özü üçün məsqəd hesab etdiyi sanksiya təzyiqlərinin gücləndirilməsi İranı danışıqlar masasına əyləşməyə sövq etməyəcək.» - deyə, Rusiyanın xarici işlər naziri bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar