Rusiya ilə Ukrayna arasında müharibə ehtimalı artır
02 Fevral 2015 Bazar Ertəsi 12:24
Rusiya ilə Ukrayna arasında müharibənin başlama ehtimalı yetərincə yüksək sayılır.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya ictimai rəyin öyrənilməsi mərkəzinin yanvar ayında keçirdiyi sosioloji sorğuda ortaya çıxıb. Sorğunun nəticələrinə görə, 10 faiz insan düşünür ki, müharibə artıq gedir. Üç ay qabaq isə bu iki şərqi slavyan ölkəsi arasında müharibə ehtimalına inananların sayı yalnız 17 faiz idi.

Rusların yarısı Ukraynada baş verənləri vətəndaş müharibəsi sayır, 3 faiz isə əsas problemin Qərbin müdafixiləsi ilə bağlı olduğunu iddia edir.

Rusiya ictimai rəyin öyrənilməsi mərkəzinin direktoru Valeri Fedorovun sözlərinə görə, münaqişənin nizamlanması üzrə Minsk sazişinə ümidlər yoxa çıxır və münaqişəni dondurmaq mümkün olmur. “Müharibə ehtimalı artır”, - deyə Fedorov vurğulayır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar