Rusiya ilə NATO əlaqələrini bərpa edir
29 Aprel 2009 Çərşənbə 20:30
Belçikanın paytaxtında Rusiya ilə NATO Şurası arasında iclas keçirilib

Bu gün Gürcüstanla Cənubi Osetiya arasındakı münaqişədən sonra ilk dəfə olaraq, Belçikanın paytaxtında Rusiya ilə NATO Şurası arasında iclas keçirilib. «RİA Novosti»nin məlumatına görə, iclas səfirlər səviyyəsində baş tutub. Rusiyanı iclasda Rusiya Federasiyasının NATO-dakı daimi nümayəndəsi Dmitriy Roqozin təmsil edib. 
Rusiya ilə NATO arasındakı ikitərəfli münasibətlər 8 ay əvvəl Rusiyanın təşəbbüsü ilə dondurulmuşdu. Belə ki, Rusiya NATO-nun Gürcüstanın Cəbubi Osetiyaya hücuma görə dəstəklədiyini hesab edirdi. Alyans isə öz növbəsində Moskvanın Cənubi Osetiyadakı rus vətəndaşlarının müdafiəsini əsas gətirərək son dərəcə güclü tədbirlərə əl atdığını bildirmişdi.
Qeyd edək ki, iclas may ayının 19-da xarici işlər nazirləri səviyyəsində keçirilməsi planlaşdırılan Rusiya- NATO iclasına hazırlıq mərhələsi olub.
«İnterfaks»ın məlumatına görə, NATO-nun baş katibi Yap de Hoop Skeffer Rusiyanı qərbi hərb alyansının qlobal təhlükəsizlik məsələlərini həll etməkdə birgə işləməli olduğu vacib oyunçu adalandırmışdı. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar