Rusiya ilə Çinin birgə hərbi məşqləri uğurlu keçib
18 İyul 2009 Şənbə 12:25
Bu iki ölkənin “Sülh missiyası -2009-cu il" antiterror təlimləri çərçivəsində birgə ilk məşqləridir

Rusiya ilə Çinin “Sülh missiyası -2009 -cu il" antiterror təlimləri çərçivəsində birgə ilk məşqləri uğurlu keçib. Bu barədə İrat-tass-ın məlumatına görə, təlimlərin rəhbəri general –leytenant Aleksandr Studenikin bildirib.
“Biz bu gün ilk birgə məşqlər keçirmişik və hiss etdik ki, danışıqlarda həll edə bilmədiyimiz məsələlərin təcrübədə uğurla həll olunduğunu hiss etdik”, - deyə o bildirib.

Studenikin Çin hərbçilərinin hazırlığını yüksək qiymətləndirib. Onun fikrincə, eyni zamanda Çin hərbçiləri  Rusiya təcrübəsini də həvəslə mənimsəyirlər. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar