Rusiya ilə ABŞ Ukrayna məsələsində razılığa gəldi
16 Mart 2014 Bazar 19:52
Rusiya ilə ABŞ Ukrayna məsələsində razılığa gəldi. Sergey Lavrov və Con Kerri Ukraynadakı vəziyyəti müzakirə edib.
Rusiya ilə ABŞ Ukrayna məsələsində razılığa gəlib.

ANS PRESS-in məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri konstitusiya islahatının köməyi ilə və ölkənin bütün regionlarının maraqlarına hörmət etməklə Ukraynada böhrandan çıxış yolu axtarmağa razılaşıblar.

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, Lavrov və Kerri arasında bu gün telefon danışığı olub. Telefon danışığı zamanı Ukraynadakı vəziyyət və Krımda keçirilən referendum müzakirə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar