Rusiya ilə ABŞ arasında soyuq müharibə başlayır?
26 Fevral 2013 Çərşənbə Axşamı 12:14
Rusiya baş naziri Dmitri Medvedev: Münasibətlər hərdən bir gərginləşir.
Rusiya ilə ABŞ arasında soyuq müharibənin başlanması üçün heç bir əsas yoxdur. Bunu Rusiya baş naziri Dmitri Medvedev bildirib. Rusiya hökumət başçısı eyni zamanda münasibətlərin gərginləşməsinə Maqnitsk (ABŞ-ın rus iş adamları ilə bağlı tətbiq etdiyi qanun) qanunları kimi Rusiya əleyhinə atılan addımların olduğunu da etiraf edib.

“Heç bir soyuq müharibə yoxdur. Amma münasibətlər hərdən bir gərginləşir”, - deyə D. Medvedev bildirib.
Maqnitsk qanununa gəlincə isə Rusiya baş naziri onun Moskva və Vaşinqton arasındakı ikitərəfli münasibətlərin məğzinə aid olmadığını deyib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar