Rusiya iflasdan qorxmur
18 İyul 2013 Cümə Axşamı 02:00
German Gref Rusiyanın mətbuatda çıxan məlumatların əsassız olduğunu söylədi.
Rusiyanın ən böyük bankı "Sberbank"ın başçısı German Gref Rusiyanın bankrot ola biləcəyi yönündə mətbuatda çıxan məlumatların əsassız olduğunu söylədi. ANS PRESS-in məlumatına görə, Rusiyanın dünyada makro ekonomik balansı ən yaxşı durumda olan ölkələrdən biri olduğunu və bankrot riskinin də olmadığını deyən Gref, “Borcumuz qeyri-milli hasilatın 10 faizinin belə altındadır. Avropa ölkələrində isə bu rəqəm 100 faizin üstündədir. Ona görə bizim iflas olma ehtimalımız ağla sığmayan bir ssenaridir” dedi.
Rusiya Mərkəz Bankı ehtiyat yarım trilyon dolların üstündə olduğuna diqqət çəkən Gref, Rusiyanın sahib olduğu ehtiyatların hər hansı bir spekulatif hücumlarla da baş edə biləcək gücdə olduğunu ifadə etdi.
Dollar kursunun son zamanlar 33 rubla çıxmasına baxmayaraq xalqın yenə də dollar almaq üçün tələsmədiyinə də diqqət çəkən Gref, bunu xalqın Mərkəz Bankın siyasətinə inanmına sübut kimi dəyərləndirdi.
Bütün bu pozitif mənzərəyə baxmayaraq dünya finans sektorunda vəziyyətin gərgin olduğunu da etiraf edən Gref, “Çin iqtisadiyyatında və dünya maliyə sektorunda böyümənin ləngiməsi bəzi problemler yaradır. Ancag bu problemlərin böyük bir çöküntü ilə nəticələnəcəyini demək çox anlamsızdır” dedi.
DOSTLARINLA PAYLAŞ: