Rusiya hərbi xərcləri iki dəfəyə qədər artırır
25 Oktyabr 2013 Cümə 20:33
Bu barədə bu gün Rusiya Dövlət Dumasında bildirilib.
Rusiya 2014, 2015 və 2016-cı illər ərzində hərbi xərcləri 1,27 trln rubl (40 mlrd dollar) və ya 60% artıracaq. ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə bu gün Rusiya Dövlət Dumasında 2014-cü il üçün federal büdcənin ilk oxunşda qəbul edilməsi zamanı bildirilib.
2013-ci il üçün Rusiyanın hərbi büdcəsi ümumi daxili məhsulun (ÜDM) 3,2%-ni təşkil etməklə 2,1 trln. rubl (66 milyard dollar) səviyyəsində nəzərdə tutulub. Beləliklə, 2016-cı ildə Rusiyanın hərbi büdcəsinin 3,37 trln rubl olacağı proqnozlaşdırılır. Bu, indiki məzənnə ilə təxminən 106 milyard dollar deməkdir.
DOSTLARINLA PAYLAŞ: