"Saratov" və "Yamal" Dardanel boğazını keçərək, Qara dənizə çıxmaq üçün İstanbula yaxınlaşıb.
İki Rusiya hərbi gəmisi Dardanel boğazını keçərək, Qara dənizə çıxmaq üçün İstanbula yaxınlaşıb.
ANS PRESS-in məlumatına görə, "Saratov" və "Yamal" hərbi gəmiləri Türkiyənin sahil mühafizəsi gəmilərinin müşayiətilə Qara dənizə yan alıblar.
Qeyd edək ki, bu gəmilər fevral ayında Sevastopoldan çəkilərək Aralıq dənizinə çıxmışdılar. Hərbi gəmilərinin nə məqsədlə Qara dənizə getdikləri haqda məlumat verilmir.
Xatırladaq ki, bu gün ABŞ-ın hərbi gəmiləri və bir təyyarədaşıyan gəmisini Qara dənizə yaxınlaşdığı iddia edilmişdi.