Rusiya hakimiyyəti Lenini basdırmaq istəyir
21 Yanvar 2011 Cümə 05:40
Ölkənin məşğul olacaq başqa problemləri olduğunu deyən müxalifət isə bu fikrə qarşı çıxır.
Rusiyanın baş naziri Vladimr Putin Sovet ittifaqının qurucusu Vladimr İliç Leninin basdırılmasını tələb edib. Kommunistlərin qarşı çıxdığı bu fikrə ölkə müxalifəti də “ölkədə müzakirə olunacaq başqa məsələ yoxdurmu?” – deyərək dəstək verib.

“Vahid Rusiya” partiyasının millət vəkili Vladimr Medinski partiyanın internet saytında Leninin cəsədinin saxlanılmasının absurd olduğunu yazıb. “Lenin çox əhəmiyyətli bir fiqurdur. Amma onun hələ də ölkəmizin mərkəzində saxlanılması çox absurd bir fikirdir”.

Medinski hesab edir ki, xalqın sadəcə 10 faizi Leninin movzleydə qalmasını istəyir.

Hakimiyyətin digər millət vəkili Robert Şleqel də Medinski ilə razılaşdığını bildirib: “Onun əlləri milyonlarla rusun qanının üzərindədir. O ictimai çöküşün və terrorun simvoludur. Böyük bir ölkənin məruz qaldığı kədərin nümayəndəsidir”.

Bu fikrə dəstək verən liberal demokratlar isə bunu daha fərqli səbəblərlə istəyirlər. Məsələni inanc nöqteyi nəzərindən dəyərləndirən İqor Lebedev xristianlıq və humanizmə görə ölmüş hər bir insanın basdırılmalı olduğunu deyib.

Müxalifətçi Viktor İlyuxin isə hakimiyyətin bu təşəbbüsünə təəccübləndiyini deyib: “Vahid Rusiya partiyasının belə bir təklif irəli sürməsini başa düşə bilmirəm. Onların deyəsən başqa işləri qalmayıb”.

“Ədalətli Rusiya” partiyasından Qennadi Qudkov da bu fikrə etiraz edib: “Elektrik naqilləri qırılır. Qiymətlər bahalaşır. Yanğınlar baş verir. Ölkə üçün labüd olan heç bir islahatı həyata keçirə bilməmişik. Leninin basdırılacağı yerdən başqa problem qalmayıb? Lenini ölkədəki bir qisim insanlar hələ də ikona kimi qəbul edir. Biz etniklərin də hüquqlarına və inanışlarına hörmət göstərməliyik”.

Xatırladaq ki, 1924-cü il yanvarın 21-də ölən Vladimr İliç Leninin cəsədi mumiyalanaraq Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzindəki Qızıl meydanda olan movzleydə saxlanılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar