Rusiya Haaqa məhkəməsinin qərarına münasibət bildirdi
28 İyun 2011 Çərşənbə Axşamı 16:57
Sergey Lavrov qərarın Liviyaya dair təşəbbüslərə təsir etməyəcəyinə ümid edir.
Haaqa məhkəməsinin Liviya lideri Müəmmər Qəddafi, oğlu Seyf-əl-İslam və kəşfiyyat rəisi Abdulla əs-Sənusinin həbsinə order verməsinə növbəti reaksiya Rusiyadan gəldi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Haaqa məhkəməsinin qərarının Liviya üzrə təşəbbüslərə təsir etməyəcəyinə ümid etdiyini deyib.

"İşin siyasi tərəfinə gəldikdə, hesab etmirəm ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarı Liviya böhranından çıxış yolunu tapmaq, hərbi əməliyyatları dayandırmaq və milli barışıq üçün vəziyyəti dialoqa yönəltmək təşəbbüslərinə təsir göstərəcək. Bu təşəbbüslər həm Afrika Birliyi, həm də BMT xətti ilə həyata keçirilir. "Böyük səkkizlik" ölkələrinin nümayəndələri bu cür razılaşmaların axtarışına qoşulmağımız üçün Rusiya prezidentinə müraciət ediblər. Beləliklə, Beynəlxalq Cinayət Məhkəməsinin qərarının bu сür təşəbbüslər kompleksinə hər hansı bir təsirindən hələlik danışa bilmərəm. Ümid edirəm ki, heç bir mənfi təsir olmayacaq." - Rusiyanın xarici işlər naziri belə deyib.

Sergey Lavrov həmçinin xatırladıb ki, Rusiya Liviyada insanlığa qarşı bütün cinayətlərin araşdırılmasına dair BMT-nin Təhlükəsizlik Şurasına edilən müraciəti dəstəkləyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar