Rusiya Gürcüstanla viza rejimini ləğv edir
09 Dekabr 2009 Çərşənbə 19:45
Moskvanın Tiflisə böyük "məhəbbəti"nin sirri açılır
Moskvadan sensasiya sayla biləcək xəbərlər gəlməkdədir. Yaxın zamanlarda Rusiya ilə Gürcüstan arasında hava nəqliyyatının bərpası və “Yuxarı Lars” sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı bəyanatların ardınca iki ölkə arasında mövcud viza rejiminin ləğvinin mümkünlüyü ilə bağlı məlumat gəlib. Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Leonid Slutski “Exo Moskvı” radiosuna açıqlamasında bəyan edib ki, artıq yaxın vaxtlarda iki ölkə arasında viza rejimi aradan götürülə bilər. “Doğrudur, indi bu utopik səslənir. Lakin ən qısa müddətdə Rusiya ilə Gürcüstan arasında əlaqələr bərpa olunacaq”, - deyə o vurğulayıb.

Slutski qeyd edib ki, hələlik prezident Dmitri Medvedevin dili ilə münasibətlərin bərpası istiqamətində xırda addımlar atılır.

Rusiya tərəfinin fəallığının səbəbləri ilə bağlı hazırda konkret fikir yürütmək çətin olsa da, güman etmək olar ki, Kreml Gürcüstanla bağlı siyasətində ciddi korrektələr etmək niyyətindədir. Gürcüstanın yavaş-yavaş Moskvanın orbitindən uzaqlaşdığını görən Rusiyanın siyasi texnoloqları iki xalq arasında yaranmış uçurumun dərinləşdirilməməsi üçün müəyyən addımların atılmasını zəruri hesab edir. Güman ki, bununla bağlı artıq Medvedevə və Putinə müvafiq məruzələr edilib. Bu üzdən də indi ruslar tələm-tələsik belə reveranslar etmək məcburiyyətində qalıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar