Rusiya Gürcüstanın ən böyük donorudur
18 Yanvar 2011 Çərşənbə Axşamı 16:50
Ötən ilin dekabrında Rusiydaan bu ölkəyə köçürmələr artıb.
2010-cu ilin dekabrında beynəlxalq pul köçürmələri sistemi vasitəsilə xaricdən Gürcüstana 98 milyon dollardan çox pul köçürülüb. Gürcüstan Milli Bankının məlumatına görə, bu, 2009-cu ilin dekabr ayının göstəricisinə nisbətdə 2 milyon dollar çox, 2008-ci ilin analoji dövr göstəricisi ilə müqayisədə isə azdır (109 mln. dollar).
Xüsusilə, Rusiyadan pul köçürmələri (Gürcüstanın ən iri donoru) 2009-cu ilin dekabrı ilə müqayisədə 3 mln. dollar artaraq 54,6 mln. dollara çatıb.
2008-ci ilin dekabrında Rusiyadan Gürcüstana 73,9 mln. dollar pul köçürülüb. Eyni zamanda 2010-cu ilin dekabrında Ukraynadan Gürcüstana pul köçürmələri 2009-cu ilin dekabrı ilə müqayisədə 1,4 mln. dollar azalaraq 7,7 mln. dollar təşkil edib. Lakin 2008-ci ilin analoji dövrü ilə müqayisədə bu göstərici 1 mln. dollar artıb.
Ötən ilin analoji dövrü ərzində ABŞ (6,5 mln. dollar) və Yunanıstandan (6,4 mln. dollar) pul köçürmələri azalıb, İtaliyadan isə əksinə artıb (6,2 mln. dollar). ANSPRESS
DOSTLARINLA PAYLAŞ: