Rusiya Gürcüstandan niyə qorxur?
14 Dekabr 2009 Bazar Ertəsi 20:05
Serqey Lavrov: "Gürcüstan əvvəlki hərbi gücünü bərpa edib"
"Gürcüstan əvvəlki hərbi gücünü bərpa edib". Belə bir bəyanatla Rusiyanın xarici işlər naziri Serqey Lavrov çıxış edib. O, eyni zamanda Gürcüstanın hücum xarakterli silahlar almasından narahatlıq olduğunu bildirib.

Qeyd edək ki, Brüsseldə Rusiya-NATO Şurasının ilk iclası keçirilib. İclasdan sonra Rusiya xarici siyasət idarəsinin rəhbəri S.Lavrov söyləyib ki, danışıqlar olduqca konstruktiv keçib, təhlükəsizlik və hərbi-texniki əməkdaşlıq sahəsində Rusiya-NATO arasında konkret nəticələr əldə olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar