Rusiya Gürcüstana vizasız rejim təklif edib
02 Mart 2012 Cümə 21:07
Rəsmi Moskva həmçinin diplomatik əlaqələrin bərpasını istəyir.
Rusiya Gürcüstanla qarşılıqlı əsaslarda vizasız rejimin tətbiqinə hazırdır. ANS PRESS-in RİA Novosti agentliyinə istinadən verdiyi məluamat görə, belə bir bəyanatla Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç çıxış edib. O həmçinin Rusiyanın Gürcüstana diplomatik əlaqələrin bərpasını təklif edib.
“Biz Rusiya və Gürcüstan xalqlarının dostluğunun möhkəmləndirilməsində maraqlıyıq. Bunun üçün Gürcüstan möhkəm hüquqi əsaslar hazırlamalıdır ki, bu ölkəyə gedən rusiyalıların təhlükəsizliyi təmin olunsun”, - deyə o vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: