Rusiya - Gürcüstan intizarının sonu
29 Dekabr 2009 Çərşənbə Axşamı 21:35
Rusiya - Gürcüstan intizarının sonu. "Yuxarı-Lars" nəzarət-buraxılış məntəqəsi martın 1-dən açılacaq.
Rusiya və Gürcüstan sərhəddindəki "Yuxarı-Lars" nəzarət-buraxılış məntəqəsi 2010-cu il martın 1-dən etibarən açılacaq. Bu barədə Rusiyanın Xarici İşlər Nazliyinin sözcüsü Andrey Nesterenko məlumat verib. Onun sözlərinə görə, sərhəd keçid məntəqəsinin açılmasına dair razılıq dekabrın 23-də Rusiya və Gürcüstan ekspertlərinin görüşündə əldə olunub. Diplomat Rusiya və Gürcüstan tərəflərinin tezliklə rəsmi bildirişlə bir-birlərini xəbərdar edəcəklərini deyib.
Xatırladaq ki, Rusiya və Gürcüstanın quru sərhədi 2006-ci il iyun ayında bağlanıb. Gürcüstan və Rusiya arasındakı quru sərhədində yeganə rəsmi buraxılış məntəqəsi olan “Kazbek-Yuxarı Lars” Rusiya tərəfinin qərarı ilə bağlanıb. Rusiya rəhbərliyi bu qərarın rəsmi səbəbini buraxılış məntəqəsində təmir işləri və onun müasir standartlara uyğun təşkilinin vacibliyi ilə əlaqələndirmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: