Rusiya gediş-gəliş məhdudlaşdırılıb
25 Avqust 2009 Çərşənbə Axşamı 10:55
Rusiya-Azərbaycan sərhədindəki Yaraq-Qazmalar sərhəd keçid məntəqəsinin kompüter şəbəkəsində yaranan texniki problemlərlə əlaqədar bir sutkadan artıqdır iki ölkə arasında gediş-gəliş məhdudlaşdırılıb.
APA-nın Şimal bürosunun məlumatına görə, nəticədə həm Azərbaycanın “Samur” sərhəd keçid məntəqəsi yaxınlığında, həm də qarşı tərəfdə - Rusiyanın “Yaraq-Qazmalar” sərhəd keçid məntəqəsi qarşısında avtomobil tıxacları yaranıb. Samur sərhəd keçid məntəqəsi yaxınlığında 30-dan çox yük avtomobili, eləcə də onlarla piyada sərhədi keçmək üçün bir sutkadır növbə gözləyir. APA-nın yerli bürosuna açıqlama verən sürücülər həm gecikdiklərini, həm də daşıdıqları ərzaq və kənd təsərrüfatı məhsullarının xarab olduğunu deyərək narahatlıqlarını bildiriblər. Rusiya tərəfi isə yaranmış problemi avqustun 24-ü gecə saatlarında əsən güclü küləklə əlaqələndirir. “Yaraq-Qazmalar” sərhəd keçid məntəqəsinin əməkdaşları artıq problemin aradan qaldırılmaq üzrə olduğunu bildirirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar