Rusiya Federal Təhlükəsizlik Xidmətinin zabitinin avtomobili partladılıb
17 İyul 2010 Şənbə 11:35
Rusiyanın Kabardin-Balkar Respublikasının Urvansk rayonunda “VAZ-2110” markalı avtomobil partladılıb.
APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, partlayış nəticəsində Rusiya Federal Təhlükəsizlik Xidmətinin yerli idarəsinin əməkdaşı və onun iki uşağı yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
Bəzi məlumatlara görə, partlayış zamanı yaralanan hərbçi FTX-nin podpolkovnik rütbəli zabitidir. Hadisə yerinin yaxınlığında olan iki qadın isə yüngül xəsarət alıb.
Əldəqayırma partlayıcı qurğu 500 kq trotilə bərabər olub. Hadisə yerində istintaq qrupu işləyir. apa
DOSTLARINLA PAYLAŞ: