Rusiya Ermənistanı yenə qazsız qoydu
14 Dekabr 2009 Bazar Ertəsi 11:50
Rusiya Ermənistanı yenə qazsız qoydu. Bu, qaz kəmərində tapılan bomba ilə bağlıdır.
Rusiya Ermənistana və Gürcüstana qaz nəqlini dayandırıb. Bu, Rusiyanın cənubunda İnquşetiya ərazisində "Şimal-Cənub" qaz kəmərində partlayıcı qurğunun aşkarlanması ilə bağlıdır.
İnquşetiya və Şimali Osetiyaya da qaz verilişi dayandırılıb. Partlayıcı qurğunu zərərsizləşdirmək üçün hadisə yerinə minaaxtaranlar cəlb olunub. Qaz təchizatının nə vaxt bərpa olunacağı barədə məlumat verilmir.
Qeyd edək ki, Gürcüstan Ermənistan üçün nəzərdə tutulan qazın 10 faizini tranzit haqqı kimi özünə götürür. Ancaq Rusiyaya əsas qaz ixrac edən ölkə Azərbaycandır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: