Rusiyalı ekspert Vadim Dubnov Ermənistanda dərc olunan "168 jam" qəzetinə sensasion açıqlama verib.
"Ermənistanın Gömrük İttifaqına təhlükəsizlik məqsədi ilə girməsi barədə deyilənlər blefdən başqa bir şey deyil".
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanda dərc olunan "168 jam" qəzetinin müxbirinə Moskvadakı "Novosti" informasiya agentliyinin analitiki Vadim Dubnov bildirib.
"Ermənistanı heç kim təhdid etmir, əgər bir şey olsa belə, Rusiyanın Ermənistanı müdafiə etmək fikri yoxdur",- deyə analitik vurğulayıb. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti bilərəkdən bu blefə əl atıb, çünki Gömrük İttifaqına daxil olmaq istəyi yalnız və yalnız onların maddi marağından qaynaqlanır.