Rusiya Ermənistanı hərbi poliqona çevirir
30 Avqust 2013 Cümə 08:50
Erməni poltoloq: Ermənistanda artıq başlarını itirmiş oliqarx, nazir və prezident olmayacaq.
Dünən Ermənistan müxalifəti İrəvanın Azadlıq meydanında növbəti mitinqini keçirib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, mitinqdə çıxış edən keçmiş Qarabağ Komitəsinin üzvü Aşot Manuçaryan, hakimiyyətə qarşı sərt ittihamlar səsləndirib.
O, bildirib ki, Ermənistanda hər kəs normal bir həyat yaşayacaq, bütün xalq əmin-amanlıq içində olacaq: "Ermənistanda artıq başlarını itirmiş oligarx, nazir və prezident olmayacaq. Bütün yurdu dolaşdığınızı və hələ də ağıllarını itirməmiş, oliqarxların yanında dayanacaq qədər hələ başları yerində olan insanları səfərbərliyə aldığınızı bilirəm".
Mitinqdə çıxış edən müğənni və bəstəkar Ruben Haqverdiyan da oliqarxlar məsələsinə və iqtidarın apardığı siyasətə toxunub.
Haqverdiyan bildirib ki, onlar bizi çox mədəni şəkildə ölkədən xaricə qovurlar. Biz artıq yaşlaşmışıq və hər halda gənclər bunlara qarşı mübarizə aparmalıdır.
O, Rusiyanın Ermənistanla bağlı son siyasətini ciddi tənqid edərək bildirib ki, Moskva, ölkəmizi poliqona çevirmək istəyir: "Amerikalılar da eyni məqsədlə könlümüzü almağa çalışırlar. İqtidarda olanlar da Şimal və Cənub üçün nə lazımdırsa, onu da edirlər".
DOSTLARINLA PAYLAŞ: