Rusiya Ermənistanda kosmik monitorinq Mərkəzi yaradıb
01 Aprel 2009 Çərşənbə 19:40
«Roskosmos»la əldə olunmuş razılığa əsasən Ermənistan tərəfə ölkə ərazisinin fotolarını çəkmək üçün 50 dəqiqə vaxt verilib

Rusiyanın Federal Kosmik Agentliyi (Roskosmos) Ermənistanda kosmik monitorinq Mərkəzi yaradıb. Mərkəzin əsasını «Uniskan-24» kiçikqaritli stansiya təşkil edir. Bu stansiya «Resurs-DK» peykindən məlumatları qəbul edərək, təkmilləşdirəcək.
İndiydək «Uniskan» stansiyaları Fransa, Hindistan, ABŞ, Kanada, İsrail və Avropa ölkələrinin peyklərinin məlumatlarının qəbulunu təmin edib. «Roskosmos»la əldə olunmuş razılığa əsasən Ermənistan tərəfə  ölkə ərazisinin fotolarını çəkmək üçün 50 dəqiqə vaxt verilib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar