Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırıb?
13 İyul 2011 Çərşənbə 11:51
Ermənistan KİV-i iddia edir ki, qiymət 180 dollardan 210-a qalxıb.
Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırıb. Bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat yayıb.

"Aykakan Jamanak" qəzetinin məlumatına görə, indi Rusiya Ermənistana min kubmetri qazı əvvəli 180 dollar əvəzinə 210 dollara satır. Amma "ArmRosqazprom" bu informasiyanı rəsmi olaraq təsdiqləməyib.

"Bizim məlumatlarımıza görə, ağır gömrük xisməti ən sonu iyuldan yeni qiymətlə qaz idxalı ilə bağlı sənədləşdirmələri başa çatıdracaq. Əhali üçün qaz tarifinə gəldikdə isə bizim məlumatlara görə, bu dəyişməyəcək. "ArmRosqazprom" yalnız əhalinin aldığı qazı və qiymətdəki fərqi azaldacaq, bu isə marja deməkdir.", deyə qəzeti yazıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar