Rusiya əcnəbilərə ticarət qadağası qoydu
02 Dekabr 2010 Cümə Axşamı 00:55
Yanvarın 1-dən miqrantlar bazar və çadırlarda, mağazalardan kənar pərakəndə satış məntəqələrində ticarətlə məşğul ola bilməyəcəklər
Rusiya Federasiyasının hökuməti 2011-ci ildən əcnəbilərin pərakəndə alkoqollu içkilər, dərman satışı sahələrində işə götürülməsinə, onların bazarlarda və çadırlarda, eləcə də mağazalardan kənar pərakəndə satış məntəqələrində ticarətlə məşğul olmasına qadağa tətbiq edib. Rusiya Nazirlər Kabinetinin bu qərarı qurumun internet saytında yerləşdirilib. Qərarda deyilir ki, təsərrüfat subyektləri yanvarın 1-nədək əcnəbi işçilərin sayını Rusiyanın əmək qanunvericiliyi ilə müəyyənlədirilmiş saya endirməlidirlər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar