Rusiya Duması qalmaqallı qanun layihəsini qəbul edib
12 İyul 2012 Cümə Axşamı 10:04
"Vikipedia" və "Yandex" Rusiyada Informasiya haqqında qanunvericiliyə edilmiş dəyişikliklərə qarşı çıxıb.
Rusiyada İnformasiya haqqında qanunvericiliyə edilmiş dəyişikliklər ölkə daxili və xaricində bir mənalı qarşılanmayıb. Dövlət Dumasında 3-cü oxunmadan qəbul edilən dəyişikliklər internet istifadəçilərinə aid olaraq, uşaqların pornoqrafiya, narkotik və intihar təbliğatından qorumaq məqsədi daşıyır. Yeni qanuna görə bundan sonra beynəlxalq şəbəkə üzərində qeyd edilən fəaliyyətlər həyata keçirən saytlar qara siyahılara salınacaq və növbəti mərhələdə (provayderlər) tərəfindən bloklaşdırılacaq. MDB-nin əsas axtarış sistemi olan "Yandex" şirkəti və bir çox internet fəalları yeni süzgəc sisteminin nəzarətdən çıxacağını və axtarış zamanı lazım açar sözlərə ən çox uyğun gələn saytların göstərilməyəcəyini iddia etsə də, qanun tərəfdarları bu presedentin Qərb ölkələrində də mövcud olduğunu diqqətə çatdırıb.
“Əgər internetdə valideyn nəzarəti yoxdursa, bizə belə məlumatlar lazım heç lazım da deyil. Bizə bu barədə müraciət etmiş valideynlərin və cəmiyyətlərin sayı, bu gün Vikipediyanın tərəfini tutan insanların sayından yüz dəfə çoxdur”, - deyə Ədalətli Rusiya fraksiyasının deputatı, Dövlət Dumasının ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri Yelena Mizulina bildirib.
Xatırladaq ki, qalmaqallı qanuna ilk etiraz edən samballı internet qurumu məhz ən böyük onlayn ensiklopediya sayılan "Vikipedia" olub. Saytın rus bölməsi müvəqqəti olaraq qapadılaraq, əvəzində giriş səyifəsinə “azad bilginin məhdud olduğu bir dünyanı təsəvvür edin” şüarı həkk edilib.
DOSTLARINLA PAYLAŞ: