Rusiya Doku Umarovun yerini bilir, amma tuta bilmir
25 May 2011 Çərşənbə 11:45
Rusiya FTB-si onu tutmaq üçün tədbir görür
Rusiya xüsusi xidmət orqanları çeçen mücahidlərinin lideri Doku Umarovun yeri barədə məlumata malikdirlər. Bu barədə məlumatı Rusiya Federasiyasının Federal Təhlükəsizlik Bürosunun direktoru Aleksand Bortnikov keçirdiyi mətbuta konfransında məlumat verib.
"Biz Doku Umarovun yerini bilirik və bu gün onun saxlanması üçün bütün lazımi tədbirləri görürük", deyə Bortnikov qeyd edib. O, mücahidlərin lideri barədə başqa heç bir məlumat verməyib.
Qeyd edək ki, may ayının ortalarında mətbuatda Şimali Qafqaz döyüşçülərinin liderinin martın 28-də İnquşetiyanın Yuxarı Alkun kəndində keçirilən əməliyyat zamanı sağ qaldığı, Gürcüstan və ya Türkiyəyə qaçdığı barədə versiya yayılmışdı. Lakin o vaxt Şimali Qafqaz federal dairəsinin güc strukturlarından olan mənbə "İnterfaks" agentliyinə onun Qafqaz ərazisində olduğunu bildirmişdi.
Xatırladaq ki, əməliyyatda 19 döyüşçü məhv edilmişdi. Onların arasında Doku Umarova yaxın olan şəxslər də olub.
D.Umarovun adıçəkilən əməliyyatdan sağ çıxması zərərsizləşdirilən şəxslər üzərində aparılan DNT analizindən sonra bəlli olub. Bundan əlavə o özü bu əməliyyatdan sonra radiostansiyalardan birinə müsahibədə vermişdi. Səsin Umarova aid olduğunu ekspertlər təsdiqləmişdilər.
DOSTLARINLA PAYLAŞ: