Rusiya desant gəmiləri Krım sahillərinə tərəf üzür
27 Fevral 2014 Cümə Axşamı 12:15
Rusiyanın Baltik donanmasına məxsus desant gəmisi Bosfor boğazını keçərək Qara dənizə tərəf yan alıb.
Rusiyanın Baltik donanmasına məxsus desant gəmisi Bosfor boğazını keçərək Qara dənizə üzür. ANS PRESS-in məlumatına görə, bunun ardınca "Minsk" adlı ikinci desant gəmisi də eyni istiqamətdə hərəkətə başlayıb. "Minsk" desant gəmisi Rusiya Dəniz Qüvvələrinə məxsus 71-ci briqadazya aiddir. Desant gəmilərinin Krım yarımadasına tərəf üzdüyü deyilir.

Qeyd edək ki, Krımda vəziyyət getdikcə təhlükəli hal alır. Artıq Krım Ali Sovetinin və Nazirlər Şurasının binaları ələ keçirilib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxslər sovet və nazirlər şurasının binasına daxil olublar.

"Biz işə gəlmişik, amma Ali Sovetə daxil ola bilmirik. Bina milislərin əhatəsindədir. Bizə deyiblər ki, bina tutulub. Bu gün iş olmayacaq. Nazirlər Şurasında da eyni vəziyyətdir", deyə qurum əməkdaşları bildirblər.

Qeyd edək ki, dünən Krım Ali Şurasının qabağında 10 minə yaxın insanın iştirakı ilə aksiya keçirilib. Aksiya iştirakçılarının heç də hamısı bir mövqedən çıxış etməyiblər. Belə ki, onların bir qrupu Krımın Ukrayna tərkibində qalmasının tərəfdarı olduğu halda, başqa bir hissəsi isə Rusiyaya birləşməyi tələb edib.

Krım tatarları isə Ukraynanı dəstəkləyir.

Krımın paytaxtı Simferepolda keçirilən aksiyalarda baş verən toqquşmalarda 30 nəfər yaralanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar