"Rusiya rəhbərliyində iki ölkə arasında münasibətlərin "yeniləşdirildiyi" bir ərəfədə ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Rusiyanın ünvanına sərt tənqidlə çıxış etməsi anlaşılmaz qəbul olunub". ANS PRESS-in "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiyası prezidentinin köməkçisi Sergey Prixodko bildirib.
Onun sözlərin görə, bundan əlavə Baydenin Rusiyanın guya böyük iqtisadi problemlər səsəbindən mövcud nüvə potensialını azaltmaq istəməməsilə bağlı dedikləri Rusiya rəhbərliyini tamamilə heyrətə gətirib. /ANS PRESS/