Bu gün Rusiyanın Xabarovsk şəhərində “Sülh missiyası-2009” adlı Rusiya və Çinin birgə anti-terror təlimləri başlayıb. ANS PRESS-in rus mətbuatına istinadən verdiyi xəbərə görə, təlimlər iyulun 22-dən 26-a kimi davam edəcək və Xabarovskda hərbi-siyasi məsləhətləşmələrə başlanılacaq. Sonra isə birgə anti-terror əməliyyatları zamanı Çinin şimal-şərq hissəsindəki Bayçen şəhərinin yaxılğındakı Taonan Şenyan hərbi dairəsinin poliqonunda Rusiya və Çin qoşunlarının praktiki əməliyyatlarının məşqləri keçiriləcək.
Qeyd edək ki, “Sülh missiyası-2009”a hər iki tərəfdən təqribən 3 min hərbçi, eləcədə 300-dən artıq quru hərbi texnikası və 45-dən çox təyyarə, helikopter cəlb olunub. Ayrılıqda isə təlimlərdə "İl-76" hərbi nəqliyyat təyyarəsi, "Su-24" bombardımançı təyyarəsi, "Su-25" hücum təyyarələri, "Su-27" qırıcı təyyarələri və "Mi-8" helikopteri də daxil olmaqla Rusiyanın hərbi-hava qüvvələrinin 22 təyyarə və helikopteri təqdim olunacaq.
Rusiya hava qüvvələri baş qərargahının rəisi ordu generalı Nilkolay Makarov təlimlərin keçirilməsində məqsədin qoşunların ümumi qruplaşmasını yaratmaq və bu qruplaşmanın uyğun idarəsini təmin etmək olduğunu bildirib. Çinin Xalq-Azadlıq ordusunun baş qəragahının rəisi general-polkovnik Çen Binde bəyan edib ki, təlimlər üçüncü ölkəkə qarşı keçirilmir.
Xatırladaq ki, Çinin Çzilin əyalətinin Taonan şəhərində “Sülh missiyası-2009”a hazırlıq dövründə Çinə məxsus hərbi-hava qüvvələrinin qırıcı təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin hər iki heyət üzvü həlak olub. /ANS PRESS/