Rusiya böyük yalan danışır
03 May 2014 Şənbə 00:34
Ukrayna inanılmaz təmkin göstərir. 63 gündür ki, Ukrayna sülh yolu ilə gedir. Rusiya isə ilk gündən müharibə yolu tutub.
Rusiya Ukraynada baş verənlərlə bağlı "böyük yalan danışır".
ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi Samanta Pauer Nyu-Yorkda Ukraynada baş verən hadisələrlə bağlı keçirilən növbədənkənar iclasında bildirib.
"Rusiya bundan narahat olmalı deyil, çünki Rusiya bu durumu özü yaradır", - deyə Pauer vurğulayıb.
"Ukrayna ilk başdan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır", - deyən ABŞ təmsilçisi Krımda baş verənləri xatırladıb: "Ukrayna inanılmaz təmkin göstərir. Ukrayna BMT-nin bütün tövsiyyələrini yerinə yetirib. 63 gündür ki, Ukrayna sülh yolu ilə gedir. Rusiya isə ilk gündən müharibə yolu tutub", - deyə Pauer bəyan edib.
Qeyd edək ki, Ukrayna prezidenti vəzifəsini icra edən Aleksandr Turçinov aparılan əməliyyatlar nəticəsində Slavyansk şəhərindəki bütün nəzarət-buraxılış məntəqələrinin və atəş nöqtələrinin dağıdıldığını, Ukrayna hərbçilərinin şəhəri tamamilə nəzarətə götürdüklərini bildirmişdi.
DOSTLARINLA PAYLAŞ: