Rusiya BMT qətnaməsinə münasibət bildirdi
28 Mart 2014 Cümə 11:59
Moskva Krımla bağlı qətnaməni faydasız tədbir adlandırıb.
Rusiyanın Xarici İşlər Nazirliyi BMT-nin Baş Assambleyasının Ukrayna ilə bağlı qətnaməsini faydasız tədbir adlandırıb və beynəlxalq ictimaiyyəti bu ölkədəki vəziyyəti sabitləşdirməyə çağırıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verilir.
"Baş Assambleyanın Ukrayna qətnaməsi ilə bağlı təşəbbüsü Ukraynadakı böhranın həllinə yardımı yalnız çətinləşdirəcək. Beynəlxalq ictimaiyyətin müstəqil düşünən üzvlərini bu ölkədəki vəziyyətin sabitləşdirilməsi üçün real təsir göstərməyə və Krım əhalisinin iradəsinin sərbəst ifadəsinin nəticələrinə hörmətlə yanaşmağa çağırırıq. Bunu inkar etmək mənasızdır" - bəyanatdan belə deyilir.
Xatırladaq ki, BMT-nin Baş Assambleyasında Krımdakı referendumun nəticələrini tanımayan qətnamənin lehinə 100 ölkə, əleyhinə 11 ölkə səs verib. 58 ölkə isə bitərəf qalıb.
DOSTLARINLA PAYLAŞ: