Rusiya Bəşər Əsədin kimyəvi silah işlətməsinə inanmır
24 Dekabr 2012 Bazar Ertəsi 10:27
XİN Sergey Lavrov bunun "siyasi intihar" ola biləcəyini deyib.
Suriyada kimyəvi silahdan istifadə etmək Bəşər Əsəd hökuməti üçün özünəqəsd demək olardı. Bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov "Russia Today" telekanalına müsahibəsində deyib.
"Mən Suriyanın kimyəvi silahdan istifadə etdiyinə inanmıram. Əks təqdirdə, bu hökumət üçün siyasi intihar ola bilər. Hər dəfə suriyalıların kimyəvi silahla nə isə etdiklərinə dair şayiələr eşidəndə yaxud məlumat yayılanda bunları iki dəfə, üç dəfə yoxlayırıq, birbaşa hökumətə üz tuturuq və hər dəfə də onlar bizi ciddi şəkildə inandırırlar ki, kimyəvi silahdan heç bir halda istifadə edilməyəcək", - Rusiyalı nazir belə deyib.
Sergey Lavrov həmçinin qeyd edib ki, Rusiyada olduğu kimi, Qərbdə də hesab edirlər ki, ən böyük təhlükə kimyəvi silahın üsyançıların əlinə keçməsi ola bilər.
Xatırladaq ki, dekabrın əvvəllərində rəsmi Vaşinqton Suriya prezidenti Bəşər Əsədin öz xalqına qarşı kimyəvi silahdan istifadə edə biləcəyini bəyan etmişdi.
DOSTLARINLA PAYLAŞ: