Rusiya Belarusu işıqsız qoydu
29 İyun 2011 Çərşənbə 01:53
Təxminən bir saat əvvəl Rusiyadan Belarusa lektrik enerjisinin verilməsi dayandırılıb.
Bu gecə yerli vaxtla saat 00.00-dan (Bakı vaxtı ilə 01.00) eibarən Rusiyanın “İnter RAO EES” şirkəti Belarusa elektrik enerjisinin verilməsini tam dayandırıb. “İnter RAO” şirkətindən verilən məlumata görə, ötən gün ərzində Minskdən borcun ödənilməsi üçün vəsait dazil olmayıb. Şirkətin nümayəndəsi Anton Nazarov qabaqcadan bəyan edib ki, elektrik enerjisinin ötürülməsi yalnız vəsait köçürüldükdən sonra bərpa ediləcək.
İyunun 23-də Sankt-Peterburqda olan Belarusun baş naziri Mixail Myasnikoviç bildirmişdi ki, Belarus Rusiya ilə elektrik enerjisinə görə olan borcu iyunun 28-inədək bağlamağa azırdır. Onun sözlərinə görə, bu barədə qərar iki ölkənin energetika nazirlərinin məsləhətləşmələri nəticəsində qəbul edilib.
Qeyd edək ki, iyunun əvvəlinədək rəsmi Minskin “İnter RAO”ya 1,5 milyard rubl (53 milyon 350 min 322) borcu yaranıb. İyunun 10-da Rusiya şirkəti Belarusun “Belenerqo” şirkətinə verilən elektrik enerjisinin həcmini azaldıb. İyunun 19-dan elektrik enerxisi verilişinin tam dayandırılması planlaşdırılırdı. Lakin Belarusun borcun bir hissəsi ödəyib və son müddət iyunun 27-inə təyin edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: