Rusiya Belarusa elektrik enerjisi verilməsini bərpa etdi
30 İyun 2011 Cümə Axşamı 01:53
Minsk aprel ayı üçün borcu ötən axşam tam ödəyib.
Rusiyanın “İnter RAO” şirkəti bu gecə yerli vaxtla saat 00.00-dan (Bakı vaxtı ilə 01.00) etibarən Belarusa elektrik enerjisinin verilməsini bərpa edib. Elektrik enerjisinin nəqli bir sutka əvvəl aprel ayı üzrə ödənilməyən borcla əlaqədar dayandırılmışdı.

“İnter RAO” şirkətinin məlumatına görə, Minsk 600 milyon rublluq borcu ötən axşam ödəyib.

ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar