Rusiya-Belarus danışıqları nəticə verməyib
19 İyun 2010 Şənbə 20:20
Rusiya-Belarus danışıqları nəticə verməyib. Moskva heç cürə Minskdən pulunu ala bilmir.
Rusiya ilə Belarus yenidən ortaq məxrəcə gələ bilməyib. Belə ki, bu gün tərəflər arasında Belarusun Rusiyaya olan qaz borcuna dair aparılan danışıqlar nəticəsiz qalıb. Bu barədə “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller məlumat verib.

“Belarusun qaz borcu ilə bağlı aparılan danşıqlar bir nəticə verməyib”,- deyə Aleksey Miller jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Bu arada Rusiyanın energetika naziri Serqey Şmatko da yaranmış vəziyyətə münasibət bildirib. Serqey Şmatko vəziyyətin tezliklə həll olunacağına və Belarusun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə ümid etdiyini deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar