Rusiya-Azərbaycan sərhədi yaxınlığında silahlı insident
23 İyul 2010 Cümə 22:10
Dava edən qrupları ayırmaq istəyən milis güllələnib.
Dağıstanın Makaramkənd rayonunda baş verən kütləvi dava-dalaş zamanı milis əməkdaşı qətlə yetirilib. Bu barədə Dağıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə axşam saatlarında Rusiya-Azərbaycan sərhədindəki Yaraq-Qazmalar sərhəd keçid məntəqəsi yaxınlığında baş verib.

Yerli əhalidən ibarət iki qruplaşma arasında baş verən dava-dalaşın qarşısını almaq istəyən sahə rəisi dava edən qruplardan birinin içərisində olan naməlum şəxs tərəfindən açılmış atəş nəticəsində öldürülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar