Rusiya ABŞ-ın təqdim etdiyi sübutlara inanmadı
02 Sentyabr 2013 Bazar Ertəsi 07:30
Con Kerri: Düşünürəm ki, ruslar Əsədin xətti keçdiyini qəbul edəcəklər.
ABŞ Rusiyaya Suriya rejiminin kimyəvi hücumu haqqında sübutlar təqdim edib. Ancaq Moskva onları qəbul etməkdən imtina edib. ANS PRESS-in İnterfaks-a istinadən verdiyi məlumata görə, bu haqda məlumatı ABŞ-ın dövlət katibi Con Kerri verib:
"Biz kimyəvi hücumla bağlı sübutları Rusiyaya təqdim etdik. Onlar bu faktları ictimai şəkildə qəbul etmək istəmədilər".
"Düşünürəm ki, ruslar Əsədin xətti keçdiyini qəbul edəcəklər. Ümid edirəm ki, onlar faktları qəbul edəcəklər və Əsədin məsuliyyətə cəlb edilməsi üçün biz birgə işləyəcəyik" - Kerri deyib.
DOSTLARINLA PAYLAŞ: