Rusiya ABŞ-a cavab verməyə hazırlaşır
09 Mart 2014 Bazar 14:05
Rusiya tərəflər arasında 2011-ci ildə imzalanan müvafiq sənədlərə, raketlərə nəzarət məqsədi ilə yaradılan qrupların fəaliyyəti məsələsinə yenidən baxır.
Rusiya ABŞ-ın sanksiyalarına cavab verməyə hazırdır. ANS PRESS-in məlumatına görə, Rusiya ABŞ sanksiyalarına raketlərə nəzarət hüqunundan imtina etməklə cavab verə bilər.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat veriblər. Nazirlikdən bildiriblər ki, Rusiya tərəflər arasında 2011-ci ildə imzalanan müvafiq sənədlərə, raketlərə nəzarət məqsədi ilə yaradılan qrupların fəaliyyəti məsələsinə yenidən baxır.
"Bir halda ki, belə yoxlamalar etibarın ölçüsüdür, o zaman ABŞ tərəfindən elan edilmiş "sanksiyalar" ikitərəfli əlaqələrın qurulması üçün bir maeədir".
İdarədən ABŞ-ın hazırlanan sanksiyalarını fors-major hal adlandırıblar. Həmçinin Rusiyanın ABŞ-ın sanksiyalarına cavab kimi bir neçə müqaviləyə xitam verəcəyi də bildirilib.
DOSTLARINLA PAYLAŞ: