Rusiya 225 min avro cərimələndi
12 May 2010 Çərşənbə 17:05
Avropa məhkəməsi çeçenlərə görə rus hökumətinə qarşı qərar çıxarıb.
Avropa İnsan hüquqları məhkəməsi çeçenlərin itkin düşməsi və öldürülməsinə görə Rusiyanı 225 min avro cərimə edib. Bu barədə məhkəmənin bu gün açıqlanan qərarında göstərilib.

İtkin düşmüş şəxslərin yaxınları Rusiya məhkəmələrinə müraciət etsələr də, onların çıxardığı qərardan narazı qalıblar. İtkin düşmüş şəxslərdən biri Adam Xurayev 2002-ci ildə həbs edilib, o zamandan bəri onun harda olması barədə heç bir məlumat yoxdur.

Barəsində iddia verilmiş digər bir çeçen ailəsi isə 2000-ci ilin may ayında rus hərbçilərinin atəşinə tuş gəlib. Yük maşınında evlərinə qayıdan Ramazan Süleymanov, onun hamilə harvadı, oğlu və qaynının cəsədləri öldürüldükdən üç gün sonra minatan zərbəsindən yaranan çala ətrafında 100 metr radiusda tapılıb. Hadisə ilə bağlı açıqlama yayan rus hərbçiləri isə onların komendant saatı vaxtı yaraqlılara hərbi sursat daşıyanlara qarşı antiterror əməliyyatı çərçivəsində öldürüldüyünü bildirmişdi.

Avropa İnsan Hüquqları Məhkəməsi qeyri qanuni həbs edilmiş Adam Xurayevi ölmüş kimi tanıyıb. Öldürülən digər çeçen ailəsinə münasibətdə isə məhkəmə hökuməti “əsaslandırılmamış formada güc tətəbiq edilməsi nəticəsində iddiaçının yaxınlarının ölümünə səbəb olmaqda” təqsirli sayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar