Rusiya 2020-ci ilədək dünyanın qüdrətli beşliyinin siyahısına düşəcək
20 Aprel 2011 Çərşənbə 16:47
Baş nazir Vladimir Putin hökumətin illik hesabatında bu barədə danışıb
Rusiyanın baş naziri Vladimir Putin Dövlət Dumasında hökumətin 2010-cu ildə fəaliyyətinə dair hesabatla çıxış edib. Vladimir Putin illik hesabatda bildirib ki, iqtisadi böhran ölkələrin müstəqil iqtisadi siyasətə ehtiyacı olduğunu göstərir.

«Müasir dünyada kimsə zəifdirsə, sözsüz ki bir nəfər peyda olacaq və təyyarə ilə gələrək atılacaq addımla bağlı istiqaməti, irəli sürüləcək siyasəti və ya inkişaf üçün hansı cığırla getməli olduğunu tövsiyə edəcək. Bir daha təkrar etmək istəyirəm ki, müstəqil və güclü olmaq lazımdır. Ən vacib məqam isə odur ki, öz ölkənin vətəndaşlarının maraqlarına cavab verəcək siyasət yürütmək lazımdır. Biz belə etsək, onlar işlərimizdə bizi dəstəkləyəcək.»-deyə Vladimir Putin qeyd edib.

Vladimir Putin Rusiyanın bütün sahələrdə maliyyə böhranına üstün gəldiyini və on il ərzində dünyanın aparıcı iqtisadiyyatına malik beşliyinin siyahısına düşəcəyinə əmin olduğunu deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar