Rusiya 1,7 milyard dollarlıq silah satdı
13 Avqust 2014 Çərşənbə 13:45
Rusiyanın “Rosoboronexport” şirkəti bəzi Afrika ölkələri ilə ümumilikdə 1,7 milyard dollarlıq silah müqaviləsi imzalayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə “Rosoboronexport”un baş direktoru Anatoli İsaykin açıqlama verib. İsaykin bildirib ki, Nigeriya, Kamerun, Mozambik, Tanzanya və Ekvatorial Qvineya ilə müqavilələr imzalanıb.

Onun sözlərinə görə Niger, Keniya, Bostvana, Ruanda, Cibuti və Efiyopiya ölkələrinə də silah və sursatlar göndəriləcək.

İsaykin onu da bildirib ki, adıçəkilən ölkələr hərbi təyyarələr, helikopterlər, zirehli texnikalar da sifariş ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar