Rusdilli xaricilərin Rusiya vətəndaşlığı alması asanlaşdırılır
04 Mart 2014 Çərşənbə Axşamı 23:55
Rusdillilərin Rusiyaya girişi və yaşamaq üçün icazə alması da sadələşdiriləcək.
Rusiya Federasiyasının hökumət komissiyasının bəyəndiyi qanun layihəsinə görə, rusdilli xaricilərin Rusiya vətəndaşlığı alması asanlaşıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilmiş press-relizdə bildirilir. Bu, Ukrayna ilə Rusiya arasında qarşıdurma yaşandığı son günlərdə xüsusilə aktual mövzuya çevrilib.

Məlumatda həm də qeyd edilir ki, rusdilli xarici vətəndaş bu zaman xarici ölkənin vətəndaşlığından imtina etməsi vacib sayılacaq. Xarici vətəndaşın rusdilli olması xüsusi komissiya tərəfindən aparılan müsahibə nəticəsində müəyyən ediləcək. Qanun layihəsində həm də rusdilli xaricilərin Rusiya girişi, yaşayış üçün icazə alması da asanlaşdırılacaq. Belə vətəndaşlar üçün bir müddət ölkədə məcburi yaşamaq tələbi də ləğv ediləcək. Həmçinin rusdilli xaricilərin vətəndaşlığa götürülmə müddəti 3 aya qədər azaldılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar