Rus general ABŞ-ı sərt tənqid etdi
22 Yanvar 2014 Çərşənbə 20:24
Nikolay Bordyuja Vaşinqtonu KTMT ilə NATO-nun əməkdaşlığına mane olmaqda günahlandırıb.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, general-polkovnik Nikolay Bordyuja ABŞ-ı KTMT ilə NATO-nun əməkdaşlığına mane olmaqda günahlandırıb.
"Təəssüf ki, bu əlaqə, bu əməkdaşlıq ABŞ və NATO-ya daxil olan bir sıra başqa ölkələr tərəfindən dayandırılır", - deyə Bordyuja "Rossiya 24" telekanalına müsahibəsində bildirib.
Daha öncə, BMT baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Yan Kubiş bildirmişdi ki, Əfqanıstanda problemin dinc yolla həlli üçün KTMT ilə NATO-nun əməkdaşlıq etməsi vacibdir.
DOSTLARINLA PAYLAŞ: