Rus əsgərlərlə ukraynalı hərbçilər arasında silahlı insident
04 Mart 2014 Çərşənbə Axşamı 15:20
Ukraynanın Krım bölgəsində Belbek aviabazasında nəzarəti ələ alan Rusiya hərbçiləri xəbərdarlıq atəşi açıb.
ANS PRESS-in məlumatına görə, insident bir müddət əvvəl aviabazanı tərk etməli olan 300-ə yaxın ukraynalı əsgər öz yerlərinə qayıtmaq istəyərkən baş verib. Onlarla Rusiya əsgəri silahsız olaraq aviabazaya yaxınlaşan ukraynalı əsgərləri aviabazadan uzaqlaşdırmaq üçün havaya atəş açıb.
Məlumata görə, rusiyalı əsgərlər ukraynalı həmkarlarını bir az da yaxınlaşacaqları təqdirdə, onlara da atəş açacaqları ilə hədələyiblər. Hadisələrin inkişafı barədə məlumat verəcəyik.
DOSTLARINLA PAYLAŞ: