Rus dilinin Latviyada ikinci rəsmi dil olması şansı yoxdur
19 Fevral 2012 Bazar 10:41
Ötəngünki referendumun ilkin nəticələrinə görə, 75 % bu layihəni dəstəkləyir.
Rus dilinə Latviyada ikinci rəsmi dil statusu verilməyəcək. Ötən gün Latviyada keçirilən referendumun nəticəsi bunu deməyə əsas verir. Referendumda seçicilərin 75 faizi rus dilinin ikinci dövlət dili statusu qazanmasının əleyhinə səs verib, 25 faiz isə bunu dəstəkləyib. Latviya Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrə dair məlumatı belədir. Latviya konstitusiyasında dil qanunvericiliyinə dəyişiklik edilməsi üçün seçicilərin azı 50 faizi rus dilinin rəsmi dil statusu qazanmasını dəstəkləməsi tələb olunur.

Layihəni dəstəkləyənlər arasında Riqa meri Nil Uşakov da olub. Latviya prezidenti Andris Berzinş, baş nazir Valdis Dombrovskis və parlament spikeri Solvita Aboltinya isə ölkənin dil qanunvericiliyinin dəyişdirilməsinin əleyhinə səs verməyə çağırıblar.

Qeyd edək ki, rus dili Latviya əhalisinin 40 faizinin ana dilidir, lakin rusdillilərin bir qismi "qeyri-vətəndaş" statusuna malik olduğuna görə, onların referendumda səs vermək hüququ olmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar