Rus banklarının reytinqi düşdü
24 Mart 2014 Bazar Ertəsi 21:39
Həmçinin Rusiyanın milli klirinq mərkəzinin, “Rosaqrolizinq”in və dövlət banklarının bir neçə törəmə qurumunun reytinqi aşağı salınıb.
Beynəlxalq reytinq agentliyi “Fitch” Rusiyanın 15 bankının reytinq üzrə proqnozunu "sabit"dən "mənfi"yə salıb.

ANS PRESS-in məlumatına görə, bunların sırasında "Sberbank", "Rosselxozbank" (RSXB), "Alfa-bank", "Qazprombank" və "Vneşekonombank" da var. “Fitch” həmçinin Rusiyanın milli klirinq mərkəzinin, “Rosaqrolizinq”in və dövlət banklarının bir neçə törəmə qurumunun reytinqini aşağı salıb.

Eyni zamanda, martın 21-də “Fitch” Rusiyanın öz reytinqi üzrə proqnozu "sabit"dən "mənfi"yə endirib. Bu zaman Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatına və biznes mühitinə potensial təsirinə əsaslanılıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar